Ana səhifə Astrologiya
29 Aprel 2017
Bakı 16.3 °
67%

Azərbaycan - Almaniya oyununa onlayn bilet satışı başlayıb

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Almaniya yığmaları arasında Bakıda keçiriləcək qarşılaşmanın biletləri satışa çıxarılıb.

 

 

Media24.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, biletləri http://tickets.affa.az/ saytından əldə etmək mümkündür.


Kassalarda satışa isə fevralın 1-dən start veriləcək. Biletlərin qiyməti sektorlardan asılı olaraq 2 - 20 manat arasında dəyişir. VİP sektorlara giriş isə 50 manatdır.


Qeyd edək ki, martın 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. (report)

 

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

10 Yanvar 2017, 11:45    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az