Ana səhifə Astrologiya
23 Mart 2017
Bakı 11 °
67%

Yüksək maaş almaq istəyən müəllimlərə NÖVBƏTİ ŞANS

Ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlər üçün imtahan keçirilir.

 


Təhsil Nazirliyindən Media24.az-a verilən məlumata görə, imtahan bu gün və sabah Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq.


İmtahanlarda Bakı, Sumqayıt, Şirvan şəhərlərinin, Abşeron, Hacıqabul, Sabirabad, Qubadlı rayonlarının, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin və xüsusi internat məktəblərinin müəllimləri iştirak edəcək. Eyni zamanda, Şuşa rayonunun Bakı şəhərindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər də bu imtahanlara qatılacaqlar.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

10 Yanvar 2017, 10:42    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20