Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xəstəxanadakı xəstələrin şəklini çəkərək yaydı: Həkimin hüquqi məsuliyyəti nə olacaq?

Media24.az      23 Sentyabr 2017, 08:35

1 saylı Kliniki Tibbi Mrkəzdə tibb qardaşı işləyən Vüsal Quliyev sosial şəbəkədə olan hesabında növbə çəkərkən xidmət göstərdiyi xəstələrin şəkillərindən ibarət qovluq yerləşdirib.

 

Media24.Az-ın Xəzər TV-yə istinadən verdiyi məlumata görə, o, xəstəxanadakı xəstələrin xəbəri olmadan onların şəklini çəkib, sosial şəbəkəyə yerləşdirib.

 

Bu qovluqda əməliyyat olunan, reabilitasiya keçən ahıl, cavan, hətta uşaq pasiyentlərin şəkillərinə rast gəlmək mümkündür.

 

Şübhə yoxdur ki, Vusal Quliyev öz işini sevdiyi üçün bu şəkilləri paylaşıb. Lakin xəstələrin icazəsi olmadan onların şəkillərini çəkmək tibbi etika ilə üst üstə düşmür.

 

Məsələni işıqlandırarkən qərəzsizliyi əsas tutaraq, hazırda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində çalışan tibb işçisi ilə əlaqə saxlamağa çalışdıq. Əvvəlcə onu deyək ki, qəbul şöbəsinə etdiyimiz telefon zəngi zamanı ünvanladigimiz suala elə sualla cavab verirdilər. İşçilərin cavabı səbəbsiz, kobud və rəsmi müəssisə etikasına sığmayan dərəcədə idi.

 

Bir saat sonra isə hazırda həkim-rezident kimi çalışan Vüsal Quliyevlə əlaqə saxlaya bildik. O, əməlini etiraf etdi və xəstələrin şəkillərini sosial şəbəkədəki profilindən siləcəyini bildirdi.

 

Hüquqşünaslar isə hesab edir ki, qanunda bu tip faktların inzibati məsuliyyəti var. Çünki heç bir şəxs ondan xəbərsiz şəkillərinin sosial şəbəkədə yayılmasını istəməz.

 

Yəqin ki, bu fakt digər həkimlərə, ümumiyyətlə qanundan xəbərsiz olanlara bir nümunə olar.

 

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla