Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“İdeal”ı hamıya "ideal" kimi təqdim edən şəxs dələduz çıxdı - Saxtakarlıqla məşğulmuş

Media24.az      22 Sentyabr 2017, 16:46

Məşhur parfumeriya və kosmetika mağazaları şəbəkəsi olan "İDEAL”ın keçmiş baş direktoru İlqar İsmayılov barəsində cinayət işi başlanıb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki,  İ. İsmayılov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda olduqda), 320.1. (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə ittiham olunur.

 

Binəqədi Rayon Məhkəməsində onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

 

Xatırladaq ki, İ. İsmayılov bu ilin yanvarında vəzifəsindən istefa verib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla