Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Əhəd Abıyevdən sərt Açıqlama: “Bizə bir eşşək bəs edir.”

Media24.az      22 Sentyabr 2017, 14:52

Azərbaycanda fəaliyyət göstərən məşhur “*9933” taksi şirkətinin satılması ilə bağlı məlumat yayılıb.Yayılan xəbərdə sözügedən şirkətin “2424” taksi şirkəti tərəfindən alınaraq “Aztaksi” adı ilə fəaliyyət göstərəcəyi bildirib. Qeyd olunan məlumatda “2424” taksi şirkətinin Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyevə məxsus olduğu bildirilir.

 

Yayılan məlumatla bağlı Bizimyol.info saytı Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə alaqə saxlayıb.İcra başçısı açıqlamasında sərt danışaraq bu məlumatı yayanların ermənlərin qohumu olduqlarını bildirib.

 

“Bu məlumatı kim yayıb bilirəm.Bu xəbəri yayanın bibisi, xalası ermənilərdə ərdədir.Ortaya çıxsın məhkəmədə sübüt etməsəm vijdansızam.Düşünmürlər ki, Daşkəsənə taksi nəyə lazımdır.Bizə bir eşşək bəs edir.Dediyim kimi bunu yazanlar şərəfsiz işlərlə məşğuldurlar.Nə taksi, nə almaq bunlar boş söhbətdi.Hərəsi özünə bir jurnalist adı qoyub belə yalan, iftira, təxribat xəbərlər yayırlar. Allah onların cəzalarını versin.”

 

Qeyd edək ki, ölkə.az saytı “2424” taksi xidməti tərəfindən alınan “*9933” taksi xidmətlərinin birləşdirilərək Əhəd Abıyevə məxsus “Aztaksi” adı ilə fəaliyyət göstərəcəyini bildirib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla