Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

“Qarabağ”a qol vuran “Çelsi”nin futbolçusu qəzaya düşdü – FOTOLAR

Media24.az      22 Sentyabr 2017, 08:49

İngiltərənin “Çelsi” klubunun ulduz futbolçusu Tyemue Bakayoko bu gün avtomobil qəzasına düşüb.



Media24.Az Baku.ws-ə isdinadən xəbər verir ki, o, komandasının məşqindən sonra evə qayıdarkən qəza törədib. Britaniya mətbuatı onun avtomobilinin ciddi əzildiyini yazsa da, futbolçunun qəzadan ucuz qurtulduğunu qeyd edib. Belə ki, o, yaxın günlərdə yenidən məşqlərə qatıla biləcək. Bakayokonun həftə sonunda “Stok Siti” ilə oyunda iştirakında da problem olmayacaq.

 


Qeyd edək ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Çelsi” Bakayokonu bu yay Fransa çempionu “Monanko”dan transfer edib. Sözügedən oyunçu Ağdam klubuna qalib gəldikləri oyunda (6:0) komandasının 4-cü qoluna imza atmışdı.





 
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla