Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 7 °
61%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

“Barselona” FIFA-dan üz döndərdi - Futbolçular tədbirə buraxılmadı

“Barselona”nın hücumçusu Lionel Messi FIFA versiyası üzrə təşkil ediləcək 2016-cı ilin ən yaxşı futbolçusu qala gecəsində iştirak etməyəcək.
Belə bir açıqlama Kataloniya klubundan verilib. Məlumata görə, argentinalı ulduzla yanaşı, FIFA-nın 2016-cı il üçün rəmzi yığmasına namizədlər - Andres İnyesta, Luis Suares və Jerar Pike də mükafatlandırma mərasiminə qatılmayacaq. “Barselona”dan bu addımın futbolçuların İspaniya kubokunda “Atletik”lə cavab oyununa hazırlıq məqsədilə atıldığı bildirilib. İlk görüşdə Luis Enrikenin komandası 1:2 hesabı ilə məğlub olmuşdu.
Xatırladaq ki, Messi ilə yanaşı, ilin futbolçusu adına namizədlər arasında Madridin “Real” klubunun forvardı Kriştiano Ronaldo və “Atletiko” komandasından Antuan Qrizmann yer alır. (Publika)

9 Yanvar 2016, 20:42    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20