Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 7 °
61%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

“Gah “vəhhabi”, gah da “alkaş” dedilər, indi də…” – Olimpiya çempionunun atası üsyan etdi

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qızıl medal qazandırdığı Qazaxıstanda gecə klubu açıb. İddiaya görə, ARENA adlanan əyləncə məkanı Taldıkorqan şəhərində yerləşir. Təqdimat mərasiminə ölkənin tanınmış xanım idmançılarından Svetlana Podobedova və Karina Qoriçeva da qatılıb.

Məsələ ilə bağlı Olimpiya çempionunun atası Əli Rəhimovla əlaqə saxladıq. Yeniçağ.az-a danışan çempion atası xəbərin yanlış olduğunu və sifarişlə yazıldığını güman etdiyini bildirib:

– İndi də buna əl atırlar? Gah adını müxalifətçi qoydular, gah “vahabi”, gah da “alkaş”… İndi də deyirlər gecə klubu açıb. Yalan məlumatdır. Həmin ARENA klubu da orada yaşayan gəncəli Ramin adında oğlanındır. Adıçəkilən məkanın Nicata heç bir aidiyyatı yoxdur. Nicat olimpiadadan gələndən sonra orada həm onun üçün banket veriblər, həm də səhv etmirəmsə, Ramin adlı oğlanın övladı üçün həmin məkana toplaşıblar. Oradan da çəkilən şəkillər “instagram”da paylaşılıb. Nicatın özünə də dedim ki, şəkillərini sosial şəbəkədən çıxart. Oğlum şəkil paylaşanda belə yazıb ki, “dostumuz bir məkan açıb, biz də onun yanındayıq”. Bu xəbəri kimsə özünə sərf edən şəkildə dəyişib. Belə hesab edirəm ki, yazı kiminsə sifarişi ilə yazılıb. Mən bu barədə bir neçə gün əvvəl Nizami Paşayevlə söhbət etdim. Ona dedim ki, yəqin belə məlmatlarla Nicatı gözdən salmaq istəyirlər. İstəyirlər ki, mən də məcbur olub onu geri gətirəm. Onu görməyəcəklər.

Qeyd edək ki, Nicat Rəhimov Azərbaycanda qarşılaşdığı problemlərə görə Qazaxıstanın dəvətini qəbul edərək, həmin ölkə adına yarışlara qatılıb. 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Nicat həmin il Avropa çempionu adına da sahib olub. Qazaxıstan adına qatıldığı ilk dünya çempionatında, 77 kq. çəki dərəcəsində bütün rəqiblərindən güclü olduğunu sübuta yetirib. Onun sonuncu ən böyük uğuru isə Rioda olub. Olimpiadada Qazaxıstanı təmsil edən Nicat Rəhimov dünya rekordunu yeniləməklə çempion adını qazanıb.

-Nicat Rəhimov hazırda Almatı şəhərindədir. Ayın 25-də isə dincəlmək üçün Dubaya gedəcək. 1 həftə sonra isə Soçidə təlim-məşq toplanışında olacaq. Nicat hazırda Qazaxıstan ordusunda xidmət edir. Özü də Dinamo İdman Cəmiyyətindədir. Həmin ölkənin Daxili İşlər Nazirliyinin işçisidir. Qazaxıstan DİN-i ona olimpiadadan sonra orden verib. Elə bir adamın gecə klubuna ehtiyacı var? Bu cür xəbərlər Nicata “yapışmır”. Nicatın heç o gecə klubundan gələcək pula ehtiyacı da yoxdur. Nicata orada 1 aya verilən pul bizimkilərin verdiyindən xeyli artıqdır. Nicatın Qazaxıstanda hörməti də var, şəraiti də var. Onun klub açması barədə xəbəri Qazaxıstan mətbuatı yazmayıbsa, onu haradan götürüblər? Bizi maraqlandırmır, yazsınlar. Bu böhtandır. Mən öncə demişdim ki, Riodan sonra görüşərik. İndi isə deyirəm 2020-ci ildə Tokio Olimpiya Oyunlarından sonra görüşərik. Mən oğluma güvənirəm. Onu heç bir vəchlə ləkələyə bilməzlər.

9 Yanvar 2016, 18:49    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20