Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"John Wick 3" filminin premyera tarixi açıqlandı

Media24.az      19 Sentyabr , 19:15

Lionsgate və Summit film studiyaları, "John Wick 3" filminin premyera tarixini açıqladılar.

 

Media24.Az technote.az-a istinadən bildirir ki, bir çoxları tərəfindən bəyənilən bu film seriyasının 3-cü hissəsi, 17 May 2019-cu il tarixində izləyicilərə təqdim olunacaq. Hələki həmin qrafikdə "John Wick 3" filminin hansısa rəqibi yoxdur. Qeyd etmək lazımdır ki, əvvəlki iki film, böyük premyeraların olduğu ərəfələrdə təqdim olunmamışdı. Çox güman ki, filmin yaradıcıları bu seriyada böyük potensial gördükləri üçün, 3-cü hissəni, yay filmləri ərəfəsinə salıblar. 1-ci film, 88 milyon dollar, 2-ci film isə 170 milyon dollar gəlir gətirmişdi. 3-cü filmin rejissoru, keçmiş 2 filmi ərsəyə gətirmiş Chad Stahelski olacaq. Bundan əlavə olaraq Lionsgate bir neçə müddət bundan öncə bildirmişdi ki, bu maraqlı seriya təkcə filmlərlə deyil, həmdə televiziya serialları ilə də öz yoluna davam edəcək.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla