Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Qızım səni alıram, həyat yoldaşım ol" - Tələbəsi ilə evlənən Şeyx Əbdül - VİDEO

Media24.az      18 Sentyabr , 18:00

Media24.Az bildirir ki, ARB TV-nin "Ömrün fəsilləri" verilişinin qonağı əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudov (Şeyx Əbdül) olub.

 

İncəsənət xadimi ilk öncə evliliyindən danışıb:

 

"Mən gec evlənmişəm. 33 yaşımda. Ailə qurmağımın da günahkarı rəhmətlik Ədil müəllim olub. Ədil müəllim sənət adamlarının əxlaqi tərəfinə diqqət yetirirdi. Qonaq qarşısına çıxarılası şəxsiyyət kimi təqdim edirdi. Bu işi də etibar elədi mənim böyük ağsaqqalım, böyük dostum Həsənağa Turabova. Mənim elçiliyimdə Həsənağa Turabov, Ceyhun Mirzəyev, Fərman Kərimzadə, Rasim Balayev, Kamil Rüstəmbəyov iştirak edib. Toyumda da özümüz çalıb, özümüz oynamışıq. Qız da mənim tələbəm idi. Dedim ki, qızım mən səni alıram, sən mənim həyat yoldaşım ol. Amma kinonu da bilirdi də azdan-çoxdan. Uzun illər keçib. Artıq nəvələrimiz var. Sən demə, yaxşı ailə, sənətdən də üstündür".

 

Şeyx Əbdül daha sonra uşaqlarından söz açıb:

 

"Qaçaq Nəbini çəkəndə 2-ci uşağı gözləyirdik. Dedim oğlan olanda Nəbi adını qoyacam, qız olsa Həcər. Adı qoyulmuşdu. Böyüyü oğlan idi. Adı Babəkdir. Adını böyük qardaşım qoyub. Böyük qardaşımın ailəm üçün böyük zəhməti var."

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla