Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Əcnəbilər “Tufandağ”ı zəbt etdi

Media24.az      9 Yanvar 2017, 18:17

“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə bu il bayram günlərində gələn turistlərin sayı ötən illin eyni dövrü ilə müqayisədə 8 min nəfər çox olub.

 


Kompleksdən verilən məlumatda bildirilib ki, yalnız yanvarın 1-dən 5-dək bu istirahət kompleksinə 15 mindən çox turist gəlib: “İstirahət Kompleksini ziyarət edənlərin əksəriyyəti yerli turistlər olub. Xarici turistlər əsasən ərəb ölkələri, Rusiya, İran, Türkiyə və bir sıra Avropa ölkələrinin gəlib. Ümumi ziyarətçilərin 20%-i əcnəbilər olub”.


Kompleksdən bildirilib ki, “Tufandağ”da builki qədər çox turist qeydə alınmayıb.


Dekabr ayından bayram günləri də daxil olmaqla ümumilikdə ziyarətçilərin sayı 25 mini keçib.


Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzinə rekord sayda turist axını qeydə alınmışdı. 15 dekabr tarixindən bayram günləri də daxil olmaqla Şahdağı ziyarət edənlərin sayı 35 min nəfərdən çox olub. Təkcə 2 yanvar tarixi üçün 6 min nəfərdən çox turist qeydə alınmışdı. (publika)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla