Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Pul yığımını yığışdırın" - QMİ sədrindən axunda irad

Media24.az      14 Sentyabr , 16:25

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə Ağdam üzrə idarənin nümayəndəsi, axund hacı Barata Məhərrəmlik ayında "Qasım Otağı"nda pul yığdığı üçün tutub.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, QMİ-də Məhərrəmlik ayı ilə bağlı keçirilən iclas zamanı axundun Məhərrəmlik əzadarlığı ilə çıxışını dinləyən zaman onun sözünü kəsərək sual ünvanlayıb.

 

Şeyxülislam ondan əzadarlıq zamanı "Qasım Otağı"ndan nə məqsədlə istifadə etdiyini soruşub. Axund şeyxülislamın qəfil sualına cavab verməkdə çətinlik çəkib. Şeyxülislam davam edib: "Siz orada "Qasım otağı" yaradırsınız , üstündə deşik açırsınız ki, ora pul atılsın. Deməli, Qasım həzrətlərinin adından pul yığmaq üçün istifadə edirsiniz. Bu düzgün deyil. "Qasım otağı"nı yaradın. Amma üstündə deşik olmasın. Pul yığımını yığışdırın".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla