Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Metroda 5 saatlıq konsert olacaq

Media24.az      14 Sentyabr , 15:10
Metroda 5 saatlıq konsert olacaq

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirəcək.

 

Qurumdan Media24.Az-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi Günü kimi qeyd edilir.

 

Bu münasibətlə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.

 

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

 

Konsert proqramı aşağıda göstərilən stansiyalarda və vaxtlarda olacaq:

 

- "İçərişəhər" stansiyası - saat 12:00-13:30;

 

- "28 May" stansiyası - saat 13:00-14:30;

 

- "Elmlər Akademiyası" stansiyası - saat 14:00-15:30;

 

- "Memar Əcəmi" stansiyası (Bənövşəyi xətt) - saat 15:00-16:30.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla