Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Media24.az      13 Sentyabr 2017, 22:30

Şəmkirdə avtomobil piyadanı vurub.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Mercedes" markalı avtomobil təxminən 20-25 yaşında olan Mübariz Məmmədov adlı şəxsi vuraraq hadisə yerindən qaçıb.

 

Yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Hazırda yol-nəqliyyat qəzasını törədən sürücünün tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla