Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Seks turları təşkil edən Azərbaycan vətəndaşı saxlanılıb

Media24.az      13 Sentyabr 2017, 21:59

Azərbaycan vətəndaşı Türkiyədən Ukraynaya elmi konfrans adı altında seks turları təşkil edib.

 

Oxu.Az-ın məlumatına görə, bu barədə çərşənbə günü, sentyabrın 13-də, Ukrayna Milli Polisinin Dnepropetrovsk vilayəti üzrə İdarəsinin məlumatında deyilir.

 

“Xarici vətəndaşları Zaporojye və Xarkov hava limanlarında qarşılayaraq Dneprə yola salırdılar. Sonradan, əsasən Türkiyə vətəndaşı olan şəxsləri seks turu üçün qız seçməyə aparırdılar”, - insan alveri cinayətləri ilə mübarizə üzrə bölmənin rəisi Roman Zaxarov deyib.

 

Turun qiyməti bir neçə min dollar təşkil edirdi. Bu xidmətdən istifadə edən Türkiyə vətəndaşları adətən Ukraynaya həftəsonu gəlirdilər.

 

İş üzrə saxlanılan 1991-ci il təvəllüdlü Azərbaycan vətəndaşını beş ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla