Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanlı tanınmış müğənni həbs oluna bilər? - YENİLƏNİB

Media24.az      13 Sentyabr 2017, 17:15

Bu gün tanınmış müğənni Kərim Abbasovun həbs oluna biləcəyinə dair xəbər yayılıb.

 

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı ifaçının prodüseri ilə əlaqə saxlayıb.

 

“Belə bir hadisə olmayıb. Bunu kim uydurub, haradan qaynaqlanıb bilmirik. Yanlış məlumatdır”, - deyə K.Abbasovun prodüseri yayılan məlumatı təkzib edib.

 

16.35

 

Tanınmış müğənni Kərim Abbasovla bağlı polisə şikayət ərizəsi daxil olub.

 

Media24.Az lent.az-a istinadla xəbər verir ki, Binəqədi rayon Polis İdarəsinə şikayət edən şəxs müğənninin bıçaqla ona hücum etdiyini deyib. Şikayətçinin sözlərinə görə, bir müddət əvvəl Kərimin Rəsulzadə qəsəbəsindəki evində təmir işlərinə başlayıb. Daha sonra evə baxış keçirən müğənni ustanın işini bəyənməyib və onlar arasında dava-dalaş olub. Münaqişə zəminində Kərim mətbəx bıçağı ilə ustaya hücum edib. Ətrafdakı şəxslərin köməyi ilə qanlı hadisənin qarşısı alınıb.

 

Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb.

 

Qeyd edək ki, ustanın dedikləri təsdiqini taparsa, müğənni Kərim Abbasov həbs edilə bilər.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla