Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda taksi sürücüləri turistləri belə aldadır - VİDEO

Media24.az      13 Sentyabr 2017, 16:23

Taksi sürücüləri hava limanında turistlərin "Bakubus" avtobuslarına minməsinə mane olur.

 

Media24.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mənsur Priyev sosial şəbəkədə yazıb.

 

Taksi sürücülərinin turistləri qarşılama "şou"su - Hava limanında biabırçılıq - FOTO - VİDEO

O bildirib ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq "BakuBus"a məxsus Hava limanı express xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərə taksi sürücüləri yerli-yersiz müdaxilələr edir. Onların ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, ödəniş terminallarının işləmədiyini söyləyirlər:

 

"Əlbəttə taksi sürücüləri də öz xidmətlərini təklif edə bilər. Ancaq bu daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən həyata keçirilməlidir. Baxmayaraq ki, onlar üçün xüsusi yer, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə olan aşırı "sevgiləri" onları sakit buraxmır".

 

Taksi sürücüləri tərəfindən turistlərə təklif olunan gediş haqqının miqdarı isə xeyli yuxarıdır. Bu rəqəm 30-40 manat, bəzi hallarda isə 60 manata kimi yüksəlir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla