Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Bankomatdan külli miqdarda pul oğurlanmasının qarşısı alındı

Media24.az      13 Sentyabr 2017, 16:05

Sumqayıtda bankomatlardan birindən külli miqdarda pulun oğurlanmasının qarşısı alınıb.

 

DİN-in mətbuat xidmətindən Media24.Az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşları tərəfindən vaxtında həyata  keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ərazisində quraşdırılan bankomatlardan birindən külli miqdarda maddi vəsaitin oğurlanmasının qarşısı alınıb.

 

Belə ki, qeyd edilən ünvanda quraşdırılmış bankomatın qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəhər sakinləri Elnur Tağıyev, İlqar Səfərov və onun qardaşı Tural Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

Qeyd edək ki, saxlanılan şəxslər hadisədən bir neçə gün əvvəl həmin bankomatın yanına gələrək müşahidə aparıblar. Hadisə günü isə onlar özləri ilə lazımi avadanlıqlar götürərək bankomatın içində olan seyfi qıraraq, oğurluq etməyə cəhd göstəriblər.

 

Dəstə üzvləri saxlanılan zaman onların yaşadıqları ünvanlardan qeyd edilən cinayət hadisəsini törədərkən istifadə etdikləri dəmir alətlər maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla