Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Ehtiyat hissələri: Köhnəsi təzədən bahadır - Video

Media24.az      13 Sentyabr 2017, 18:20

Sürücülərin "ölüxana" kimi tanıdığı işlənmiş ehtiyat hissələrinin satıldığı bazarlarda qiymətlər o qədər yüksəkdir ki, hətta orada xərcələnən pula eyni ehtiyat hissəsinin təzəsini də almaq olar. Necə deyərlər, köhnəsi təzədən bahadır. Burada çalışanlar bu hissələrin orginal və uzunömürlü olduğunu deyir. Təzə ehtiyat hissələri satanlar isə yeni məhsulların heç də onlardan geri qalmadığını bildirir.

 

Media24.az Xəzər xəbər-ə istinadla xəbər verir ki, son illər ölkəmizdə sürücülərin "ölüxana" kimi tanıdığu avtomobillər üçün işlənmiş ehtiyat hissələri bazarında qiymətlər o qədər bahalaşıb ki, hətta ondan daha aşağı qiymətə təzə ehtiyat hissəsi almaq olur.

 

İşlənmiş ehtiyat hissələri bazarında çalışanlar isə satdıqları detalların original olduqu üçün baha qiymətə təklif edildiyini bildirirlər. Ustalar da original ehtiyat hissələrinə üstünlük verirlər. Sürücülərin isə bu mövzuda fikirləri müxtəlifdir.

 

Avtomobildəki bütün filtirlər, taksometr, rezin detlların işlənmiş alınması məsləhət görülmür. Çünki bu hissələr zaman keçdikcə öz funksiyasını itirir.

 

Satıcılar bildirir ki, təzə ehtiyat hissələrindən Tayvan istehsalı olanlar orijinalına daha yaxın olur və özünü doğrultmuş mallardır. Amma modelin öz zavodu tərəfindən istehsal edilən təzə ehtiyat hissələri baha oluğundan, alıcısı da az olur.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla