Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Ford" 21 mindən çox avtomobili geri çağırır

Media24.az      13 Sentyabr 2017, 18:10

"Ford"un Rusiyadakı nümayəndəsi "Ford Sollers Holding" ölkədə 21 mindən çox avtomobili geri çağırıb.

 

Trend-in məlumatına görə, geri çağırılma Rusiyada 2016-cı ilin sentyabrından 2017-ci ilin iyununadək satılmış 1000-dən çox və 2013-cü ilin martından 2015-ci ilin dekabrınadək satılmış 20 minə yaxın "Kuqa" modelinə şamil olunur.

 

Məlumatda qeyd olunur ki, qərar dayaq konstruksiyasında qeydə alınan qüsurlarla əlaqədardır.

 

Bu qüsurların qəza baş verəcəyi təqdirdə izolə materiallarının həddən artıq qızmasına və yanğına səbəb ola biləcəyi deyilir.

 

Qeyd edək ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla