Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sumqayıtda evə silahlı basqın - Foto

Media24.az      13 Sentyabr 2017, 14:20

Daxili işlər orqanları cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai asayişi kobud surətdə pozan, üzərlərində qanunsuz olaraq silah saxlayan şəxslərin müəyyən edilərək qanunla məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri tədbiri həyata keçirib.

 

DİN-dən Media24.Az-a verilən məlumata görə, sentyabrın 11-də Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfərin xuliqanlıq zəminində şəhər sakini Mirmehdi Cəfərovu döyüb xəsarət yetirdikləri, daha sonra isə onun evinə hücum edərək tapança ilə hədələdikləri barədə Sumqayıt Şəhər Polis İdarəsinə (ŞPİ) məlumat daxil olub.

 

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakinləri Anar Tağızadə və Qabil Əliyev tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər saxlanılaraq istintaqa təqdim olunub.

 

A.Tağızadənin idarə etdiyi avtomobilə baxış zamanı hadisə zamanı istifadə etdiyi 1 ədəd pnevmatik, həmçinin əlavə olaraq 1 ədəd idman tapançası aşkar olunaraq götürülüb.

 

İlkin ifadəsi zamanı A.Tağızadə zərərçəkən şəxsin onun ailə üzvlərindən birinin ünvanına nəlayiq ifadələr işlətdiyinə görə tanışı Q.Əliyevlə birlikdə onu döydüyünü və silahla evinə hücum etdiyini etiraf edib.

 

Qeyd edilən faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla