Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Azərbaycanın 14 yaşlı “Selena Qomez”i - VİDEO

Media24.az      13 Sentyabr 2017, 13:15

 

ARB Ulduz-un “Şou məkan” verilişinin növbəti qonağı 14 yaşlı müğənni-model Səbinə Bəyli olub.

 

O ilk olaraq musiqiyə olan maraqğından söz açıb:

 

“Mənim 14 yaşım var. Doqquzuncu sinifdə oxuyuram. Beş dil bilirəm, ingilis, rus, Azərbaycan, bir az türk dilini və hazırda fransız dilini öyrənirəm. Artıq fransız dilində bir qədər danışa bilirəm. Dörd yaşım olan zaman mən artıq bilirdim ki, müğənni olmaq istəyirəm. Oxumağı çox sevirəm. Fortepiano ifa etməyi sevirəm. Artıq 2016-cı ildə fortepiano ifaçılığını bitirmişəm. İndi sadəcə olaraq, özüm üçün çalıram”.

 

Daha sonra Azərbaycanın Selan Qomezi kimi tanınan Səbinə Bəyli yeni işləri barəsində də danışıb:

 

“Mənim “Ready for tohight” adında bir klipim işıq üzü gördü. Bu ilin 15 mayında dünyanın bütün musiqi platformalarında göstərilməyə başladı”.

 

Castin Biberi özü üçün kumir olaraq görən gənc ifaçı gələcəkdə məhz onun kimi bir müğənni olmaq arzusundadır.

 

“Mənim ən böyük kumirim Castin Biberdir. Onu çox sevirəm. Çünki o oxuyanda mən onu yaxşı anlayıram. Castin Biber 14 yaşında heç bir şeyə sahib deyildi. İndi isə bütün dünyada konsertlər verir. Mən də onun kimi olmaq istəyirəm”.

 

Müğənnilərin əksəriyyəti vaxtlarını düzgün bölməməkdən, bir işə çatıb o birini yarımçıq buraxmaqdan şikayətlənirlər. Ancaq Səbinə Bəyli belə görünür ki, işlərini düzgün tənzimləyir.

 

“Mən hər gün 7:20-də yuxudan oyanıram. Hazırlaşıb məktəbə gedirəm. Məktəbdən sonra vokalla məşğul oluram. Üzgüçülüklə məşğul oluram. Fitnes mərkəzlərinə gedirəm. Fransız dilini öyrənirəm. Sonra evə gəlib məktəb dərslərinə hazırlaşıram”.

 

Hələlik əcnəbi dillərdə oxumağa üstünlük verən müğənni gələcəkdə Azərbaycan dilində də musiqilər ifa edəcəyini söylədi.

 

“Mən ingilis, ispan dillərində yaxşı oxuyuram. Gələcəkdə Azərbaycan dilində də musiqilər ifa etmək istəyirəm. Bu dili çox sevirəm. Çünki bu dil gözəldi. Bu yaxınlarda mənim yeni mahnım işıq üzü görəcək. İstəyirəm ki, bütün dünya məni tanısın. Mən Azərbaycanı təmsil etmək istəyirəm”.

 

Valideynlərinin hər zaman dəstəyini görən Səbinə canlı olaraq “Şou məkan”mikrofonuna oxudu.

 

“Mən oxumağı çox sevirəm. Atam və anam mənə hər zaman dəstək olurlar. Onlar mənim oxumağı sevdiyimi bildikləri üçün həmişə kömək edirlər”.

 

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla