Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

“Masallı Rafiq” qulağının qisasını aldı - Tbilisidəki qətlin təfərrüatı - VİDEO - FOTO

Media24.az      13 Sentyabr 2017, 12:12

Ötən gün Tbilisidə Vaxtanq Qorqasali küçəsində öz avtomobilində güllələnən Elşən Məmmədovla bağlı yeni təfərrüat ortaya çıxıb.

 

Media24.Az oxu.az istinadən xəbər verir ki, 42 yaşlı Elşən Məmmədov Rusiya Federasiyasında 2015-ci ildən axtarışdadır.

 

Məlumata görə, Elşən Məmmədov “Toyota” markalı avtomobilində iki tərəfdən atəşə tutulub. Bu, onu deməyə əsas verir ki, hadisəni törədən 2 nəfər olub.

 

Gürcüstan polisinin məlumatına görə, artıq hadisə ilə bağlı bir azərbaycanlı saxlanılıb. Bu isə həmin vaxt Elşən Məmmədovla birgə restoranda olan şəxsdir. Məlumatda deyilir ki, Elşən Məmmədov həmin vaxt “Lotu Quli” kimi tanınan Nadir Səlifovun yaxın adamlarından olan İlqar Hacıyevlə birlikdə şam edirmiş və qəfil küçəyə çıxaraq, avtomibilinə oturub. Bu zaman isə qatillər tərəfindən atəşə tutulub.   Qeyd edək ki, qətlə yetirilən Elşən Məmmədov “Lotu Quli”nin sağ əli sayılırdı və qəddarlığı ilə ad çıxarmışdı.

 

Bir müddət öncə o, “Masallı Rafiq” kimi tanınan Rafiq Eyvazovu restorana çağıraraq, onun sol qulağını kəsmişdi. Bu hadisədən sonra Elşən Məmmədovun başına beş yüz min dollar pul qoyulub.

 

Elşən Məmmədovun adı Rövşən Lənkəranskinin qətlində də hallanır.

 

Güman olunur ki, onun qətlini təkcə Rafiq Eyvazov deyil, həmçinin onun yaxın dostu olan və Rövşən Lənkəranskiyə görə qisas alacağını deyən Zaur Əhmədov sifariş verib. 

 

Hazırda faktla bağlı Gürcüstanda cinayət işi başlanılıb.

 

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla