Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Rusiyada Azərbaycan vətəndaşı güllələnərək qətlə yetirildi

Media24.az      13 Sentyabr 2017, 11:57

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında yerləşən Novoe Devyatkino kəndində siqaret çəkməyə çıxan azərbaycanlını güllələyiblər.

 

Media24.Az report-a istinadən xəbər verir ki, şahidlər hadisə yerində avtomatdan beş dəfə atəş açıldığını bildiriblər.

 

Güllələnən Azərbaycan vətəndaşı Toksa xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Polis əməkdaşları "isti iz"lərlə qətli törətməkdə şübhəli bilinən 47 yaşlı işsiz adamı saxlayıb. Saxlanılan şəxsdə "Sayqa" karabini aşkarlanaraq götürülüb. İlkin araşdırma nəticəsində onun beş dəfə atəş açdığı müəyyənləşib. Qətlin motivləri araşdırılır.

 

Məlumata görə, mərhum sentyabrın 12-də yaxınlarına qonaq gəlibmiş. O, həyətə siqaret çəkməyə çıxıb və yaxın məsafədən açılan atəşlə güllələnib.

 

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla