Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Əfsanəvi liderin nəvəsindən müsəlmanlara dəstək

Media24.az      12 Sentyabr 2017, 23:19

Hindistan Müstəqillik Hərəkatının lideri Mahatma Qandinin nəvəsi Ela Qandi, Myanmada müsəlmanlara qarşı davam edən buddist zülmünə səssiz qala bilməyib.

 

Media24.Az sputnik.az-a istinadən bildirir ki, Ela Qandi Myanmanın hökumət başçısı Aunq San Suu Çiyə məktub yazaraq Arakandakı müsəlman soyqırımına son verilməsini tələb edib.

 

"Sizdən bütün səlahiyyət və nüfuzunuzdan istifadə edərək, Arakan əyalətində yaşayan müsəlmanlara qarşı mərhəmətli davranılmasını təmin etməyinizi istəyirik" - Qandi yazıb.

 

Myanmada son günlər müsəlmanlara qarşı çoxalan sistematik şiddətin, xüsusilə qadınlara və uşaqlara olan hücumların ciddi narahatlığa səbəb olduğunu deyən 77 yaşlı xanım Qandi, Suu Çidən problemi sülh yolu ilə həll etməyə çağırıb.

 

Cənubi Afrika vətəndaşı olan Ela Qandi, 1994-2004-cü illər arasında Afrika Milli Konqres Partiyasından millət vəkili olub.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla