Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Lənkəranda ağır qəza - Ölən və yaralananlar var

Media24.az      12 Sentyabr 2017, 21:05

Ələt-Astara magistral yolunda Lənkəran rayonu ərazisində 1-nəfərin ölümü, 2-nəfərin yaralanması ilə nəticələnən yol-qəza hadisəsi baş verib. Gəncədə isə avtomobil piyadanı vuraraq öldürüb.

 

İki avtomobil toqquşdu . Sürücülərdən biri hadisə yerində öldü.

 

Media24.Az xezerxeber.az-a istinadən bildirir ki, yol qəzası gecə saatlarında Ələt-Astara magistral yolunun Lənkəranın Gərmətük kəndi ərazisindən keçən hissəsində baş verib. Astara istiqamətində hərəkətdə olan Hirkan qəsəbə sakini Qalib Əliyevin idarə etdiyi avtomobillə qarşı tərəfdən gələn həmkəndlisi Zaur Rzayevin idarə etdiyi avtomobil toqquşub. Toqquşma zamanı sürücü Qalib Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Həmin avtomobildə sərnişin olan qızı Rumiyyə Əliyeva eləcə də digər sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Gəncədə isə avtomobil piyadanı vuraraq öldürüb. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib. Avtomobil 69 yaşlı şəhər sakini Cəlal Zeynalovu vurub. Xəsarət alan şəxs Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyətİ ağır olan yaralının həyatını xilas etmək mümkün olmayıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla