Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 2 °
87%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Bakıda açıq havada ilk “DISCO PARTY” keçirilib - FOTOLAR

“Avto Radio 107.7 fm” paytaxtda açıq səma altında ilk diskotekasını təşkil edib. 7 yanvar tarixində baş tutan tədbir Fəvvarələr meydanındakı "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının ərazisindəki səhnədə təşkil olunub. “DISCO PARTY” adlanan tədbirin əsas məqsədi aksiyaya diqqəti cəlb etmək, eləcə də paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xoş əhval-ruhiyyə və mənəvi zövq yaşatmaqdır. Diskotekada əsasən 80-90-cı illərin məşhur mahnıları DJ Çina və o dövr üçün əsas müsiqi alətlərindən sayılan zərbli barabanın (udarnik) müşayəti ilə izləyicilərə təqdim olundu. 

 

DJ Çinanın xüsusi və möhtəşəm çışıxı  fəvvarlər meydanına yığışın dinləyiciləri coşdurdu. Avto Radio və “Amapola” şirkətinin dəvətliləri olan Samirə ƏfəndiyevaElnarə və ABD Malik də bu aksiyada öz mahnıları ilə böyük alqış aldılar. “DISCO PARTY” zamanı təşkil edilən “Flash Mob” izləyicilərin böyük marağına səbəb oldu.

 

“Avto Radio 107.7 fm” Nərgiz Fundun rəhbərliyi və Amapola Exclusive Events şirkətinin təşkilati dəstəyilə artıq dördüncü dəfə keçirilən "Soyuq Əllər, İsti Ürək" xeyriyyə yarmarkasının əsas tərəfdaşlarından olduğu üçün “DISCO PARTY”nin də həmin yarkamarda keçirilməsi məqbul sayıldı. “Avto Radio 107.7 fm”in təşkil etdiyi diskoteka, cəmiyyəti bu və bunun kimi xeyriyyə aksiyalarına cəlb etmək, onları biganə qalmamağa dəvət etməyə xidmətə edir.

 

Təxminən 2 saat davam edən diskotekanı 2 mindən çox insan izləyib.

 

“Avto Radio 107.7 fm” Bakı Nəqliyyat Agentliyinin nəznində fəaliyyətini davam etdirir. 2016-ci ilin  sentyabr ayından tamamilə yenilən “Avto Radio” 80-90-cı illərin ən məşhur mahnılarını öz dinləyicilərinə təqdim edir. Bundan əlavə "Avto Radio"nun əsas yayım istiqaməti Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdən ibarət olacaq.

9 Yanvar 2016, 12:53    Müəllif: Media24.az    
   Ən çox izlənənlər

İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20