Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

“WhatsApp”da yeni kompüter virusu yayılır

Media24.az      12 Sentyabr 2017, 19:10

Kibercinayətkarlar “WhatsApp” messenceri vasitəsilə növbəti kompüter virusunu yayıb.

 

Lent.az xəbər verir ki, istifadəçilərə şübhəli keçidlər göndərilir ki, onlar da real təhlükə yaradan əlavələrə keçid verir.

 

Belə ki, son zamanlar çoxsaylı “WhatsApp” istifadəçiləri guya tərtibatçılar tərəfindən göndərilən “sistem” məlumatları almağa başlayıblar. Orada isə hətta internetə birbaşa qoşulma olmadan messencerin fəaliyyətini dayandıra biləcək əlavəyə keçid mövcuddur. Qeyd edilən təhlükəli proqram təminatına keçid zamanı isə onun “aktiv” istifadəçi olduğunu təsdiqləməli olur. Bunun üçün o, “WhatsApp”dan olan on insana və ya üç qrupa məlumat göndərməlidir. Qurban spamı göndərən kimi əlavəni yükləməli olur ki, həqiqətdə isə bu əlavə təhlükəli troyan virusdur.

 

Tərtibatçılar isə vətəndaşlara xəbərdarlıq ediblər ki, qeyd edilən keçidlərə heç bir aidiyyətləri yoxdur.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla