Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Çelyabinskdə tutulan azərbaycanlılardan XƏBƏR VAR

Media24.az      12 Sentyabr 2017, 16:15

"Azərbaycan diasporunun daxilində təxribatlar təşkil etməyə çalışırlar."

 

Media24.Az bildirir ki, bu barədə Report-un Rusiya bürosuna Çelyabinsk vilayətinin Azərbaycan diasporunun lideri, Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Rafail Quliyev bildirib.

 

Onun sözlərinə görə, sentyabrın 10-da Azərbaycan diasporunun nümayəndələri "Bakinskiy dvorik" restoranında iki gün əvvəl qətlə yetirilən kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin anım mərasiminə toplanıblar.

 

"Birdən tədbirə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və havaya boş patronlarla atəş açıblar, sonra bütün azərbaycanlıları toplayıb bölməyə aparıblar", - R. Quliyev bildirib.

 

Diaspor rəhbəri əlavə edib ki, sonra Çelyabinsk Daxili İşlər İdarəsinin rəhbərliyi ilə görüş keçirilərək vəziyyətə aydınlıq gətirilib.

 

"Məsələ burasındadır ki, həmin gün Çelyabinskdə "Şəhər Günü" qeyd edilirdi və hüquq-mühafizə orqanları istənilən qanun pozuntularının qarşısını almağa göstəriş alıb. Hansısa azərbaycanlı polislərə bildirib ki, "Bakinskiy dvorik"də diaspor nümayəndələri yığışıb və onların arasında qətlə yetirilənin və qatilin qohumları var. Beləliklə, polislər mümkün "qan davasının" qarşısını almaq qərarına gəldi. Əslində isə Ramil Canıyevin atası və qohumları dərd içindədir və hansısa "qan intiqamı" haqqında heç düşünmürlər",

 

- R. Quliyev bildirib.

 

O həmçinin qeyd edib ki, saxlanılan şəxslər həmin gün buraxılıb, polislər isə anım tədbirinin təşkilatçılarından üzr istəyib.

 

Xatırladaq ki, sentyabrın 8-də naməlum şəxs Çelyabinskdə yaşayış evinin həyətində vilayətin Azərbaycan diasporunun fəal nümayəndəsi, kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin baş nahiyəsinə atəş açıb. O, xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla