Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezidentin bacısı oğlunun maraqlı video-görüntüləri yayıldı

Media24.az      9 Yanvar 2017, 12:59

Azər Əliyev Ulu öndər Heydər Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısı oğludur. O, uzun illər Londonda yaşayıb, Böyük Britaniyada təhsil alıb, magistr təhsilini də orada davam etdirib. Bununla yanaşı, Azər Əliyev pauerliftinq idman növü ilə məşğuldur.

 

A.Əliyev yarışlarda Azərbaycan yığma komandasının tərkibində çıxış edir. 2011-ci ildə Çexiyanın paytaxtı Praqada pauerliftinq üzrə gənclər arasında keçirilən yarışda 100 kq çəki dərəcəsində yarışan Azər Əliyev, 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gələrək yüksək nəticə göstərib.


Latviyada keçirilən yarışda isə pauerliftinq üzrə dünya çempionatında 100 kq çəki dərəcəsində, ləvazimatsız 610 kq ağırlıq qaldıraraq, nəticəsini daha da yaxşılaşdırıb. 2014-cü ildə keçirilən Açıq Avrasiya Kuboku yarışında gümüş medal qazanıb, bununla yanaşı, bir çox beynəlxalq yarışların qalibidir.


2016-cı ildən Milli Olimpiya Komitəsinin 7-ci Baş Assambleyasında MOK-un üzvü seçilib. Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti seçildikdən sonra müsahibələrindən birində Azər Əliyev deyib: "Çalışacağıq, yeniyetmə və gənclərimiz üçün yüksək şərait yaradaq ki, bu idman növü daha da inkişaf etsin". Qeyd edək ki, vətənpərvərliyi ilə seçilən Azər Əliyev gənclərin sağlam həyat tərzinin təbliğatçısı və peşəkar idmançı olmaqla yanaşı, həm də əməkdar idman ustası adına layiq görülüb. (sputnik)

 

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla