Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Rza Zərrab məhkəməyə ayaqları qandallı vəziyyətdə gətirildi

Media24.az      12 Sentyabr 2017, 12:25

ABŞ-ın federal həbsxanasından azadlığa çıxarıldığı iddia edilən, əslində isə sistemdəki texniki çatışmazlıq səbəbi ilə yeri dəyişdirilən Rza Zərrab məhkəmə qarşısına çıxıb.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, o, hakimlərin qarşısına ayaqları qandallı və saçları qısa kəsilmiş formada çıxarılıb.

 

Məhkəmədə R.Zərraba ittihamnamə oxunub. Türkiyənin keçmiş İqtisadiyyat naziri Zəfər Çağlayan və Xalq Bankın direktoru Süleyman Aslan da təqsirləndirilən şəxslər kimi istintaqa cəlb ediliblər.

 

R.Zərrab vəkili vasitəsilə hakimlərə günahsız olduğunu bildirib. Təqsirləndirilənin vəkili Ben Brafman isə ittihamların və həbs cəzasının artırılmasına qarşı müdafiənin hazırlanması üçün məhkəmədən vaxt istəyib.

 

Genişləndirilən ittihamnaməyə Zərrabın ABŞ-ın İran sanksiyalarına müdaxilə etmək və ABŞ maliyyə sistemi vasitəsilə bankları aldatmaq cinayətləri ilə bağlı yeni dəllilər əlavə edilib.

Qeyd edək ki, təxminən 1 il öncə hakim qarşısına çıxan Rza Zərrab həbs olunduqdan sonrakı ilk məhkəməsi xaric, heç vaxt məhkəmə salonuna qandallı formada çıxarılmamışdı.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla