Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Mərakeş kralı prezident İlham Əliyevi təbrik etdi

Media24.az      12 Sentyabr 2017, 12:07

Mərakeşin kralı VI Mohammed prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Media24.Az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

 

"Zati-aliləri, əziz Qardaşım.

 

Qardaş ölkələrimiz - Azərbaycan ilə Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza rəhbərliyiniz altında tərəqqi, sülh və firavanlıq arzu edirəm.

 

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı əməkdaşlığa və qardaşlıq münasibətlərinə böyük dəyər verdiyimi bildirmək istərdim. Mən, həmçinin ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında ümumi maraq doğuran bütün məsələlər üzrə məsləhətləşmələrimizdən və razılaşdırılmış tədbirlərimizdən də çox razıyam.

 

Bu baxımdan, Zati-aliləri, 2017-ci ili "İslam Həmrəyliyi İli" elan etmək barədə təşəbbüsünüz İslam dininə, tolerantlıq və bərabərhüquqlu dəyərlərə açıq-aydın dəstək verdiyinizi nümayiş etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

 

Mən xalqlarımızın istəklərinə nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri, sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik içində yaşamaları üçün Zati-alinizlə bütün sahələrdə əməkdaşlığımızı gücləndirməkdə çox maraqlı olduğumu bildirmək istəyirəm".

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla