Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Bakıya gələn gəmidə teraktın qarşısı alındı

Media24.az      12 Sentyabr 2017, 11:47

Türkmənistan xüsusi xidmət orqanları ölkənin Türkmənbaşı şəhərindən Bakıya gələn sərnişin bərəsində terror aktının qarşısını alıb.

 

Report xəbər verir ki, ad və soyadları açıqlanmayan Türkmənistan vətəndaşı olan iki qardaş bərəyə partlayıcı qurğu keçirməyə cəhd göstərərkən tutulublar.

 

Məlumata görə, qardaşlar əvəvldən müxtəlif istiqamətlərə bilet alıblar. Sonda Bakıya gələn bərəyə miniblər. Onlar partlayıcını hissə-hissə bərəyə daşıyıraq, bombanı onun göyərtəsinə yığmağı planlaşdırıbmışlar. İnformasiyaya əsasən, partlayış Türkmənistanın su ərazisində törədilməli imiş.

 

Həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobiləri olub.

 

Məlumata görə, xüsusi xidmət orqanları terror aktının törədiləcəyinin əvvəlcədən bilirmiş.

 

Partlayışın qarşısının alınması əməliyyatı avqustun 28-də keçirilsə də məlumat sentyabrın 12-də yayılıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla