Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Günəşdə güclü partlayış

Media24.az      12 Sentyabr 2017, 11:27

Rusiya Elmlər Akademiyası Fizika Universitetindən verilən məlumata görə, dünən Günəşdə böyük partlayış meydana gəlib. Bu, yaxın zamanda Günəşdə rast gəlinən 4-cü ən böyük partlayış olub.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, təbii hadisə radiasiya qüvvəsi ilə əlaqədar olaraq sinifləndirilmədə ən yüksək şkala olan X səviyyəsində olub.

 

Günəşdə olan əvvəlki partlayışlar keçən həftənin bazar ertəsi günü təsbit edilib və elm adamları bu partlayışların M səviyyəsində olduğunu bildirib.

 

Rusiya Elmlər Akademiyasının Kosmos Araşdırmaları Universitetinin professoru Aleksey Struminskiy ilk partlayış əsnasında Günəşin səthində “günəş zəlzələsi” kimi bilinən seysmik dalğaların yayıldığını söyləyib.

 

Mütəxəssis bu növ partlayışların səbəb olduğu maqnetik fırtınaların insan sağlamlığına hər hansı bir zərər vermədiyini, partlayışın gücünə rəğmən, planetin ətrafındakı peyklərin və kabelsiz ünsiyyət cihazlarının o qədər də təsirlənməyəcəyini vurğulayıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla