Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Tbilisidə azərbaycanlı qətlə yetirildi

Media24.az      12 Sentyabr 2017, 11:06

Ötən gecə Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda  azərbaycanlı odlu silahla qətlə yetirilib.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, onun meyiti “Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

 

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

 

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

 

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

 

Faktla bağlı hələlik saxlanılan yoxdur.

 

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla