Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Ağdaşda çaqqallar toya hücum etdi

Media24.az      12 Sentyabr 2017, 10:42

Ağdaş rayonunda çaqqallar toy mərasiminin keçirildiyi mağara hücum edib.

 

Media24.Az Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında, rayonun Bulaqotu kəndi ərazisində baş verib.

 

Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.

 

Yaralılar - 1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva, 2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev, 2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov, 1976-cı il təvəllüdlü  Rəşad Nizami oğlu Məmmədov, 1987-ci il təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.  

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla