Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Yazıçılar Birliyinin söz oyunu: 26 Bakı klubunda baş verənlər - VİDEO

Media24.az      11 Sentyabr 2017, 22:30

Yazıçılar Birliyi Sahil bağının ətrafında yerləşən 26-lar kafesinin ətrafında yaranmış qalmaqala söz oynatmaqla cavab verir. "XəzərXəbər”in xüsusi araşdırmasında cavabını gözləyən bir sıra suallar var. Əvvəla Yazıçılar Birliyinə bu tarixi binanı bu vəziyyətə salmağa kim ixtiyar verib? Dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuş Yazıçılar Birliyi doğrudanmı həmin icarədən əldə olunan 8 min manatlıq gəlirdən asılı olub? Digər suallarla araşdırmamızı izləməklə tanış olacaqsınız.

 

Əslində ictimaiyyət Bakının mərkəzində üzə çıxan erməni izinə Yazıçılar Birliyindən məntiqli bir cavab gözləyirdi. İş burasındadır ki, birliyin sədri Anar Rzayev və qurumun katibi Çingiz Abdullayevin açıqlaması söz oyunu mahiyyəti daşıyır.

 

Hər iki yazıçı sırf 26 rəqəmi üzərində duraraq əsas mahiyyətdən fikir yayındırır. Axı söhbət məhz keçmişdə 26 Bakı komisarının adını daşıyan parkın ətrafında yerləşən kafedən gedir. Üstəlik kafe məhz 26-lar Bakı adı altında vergi qeydiyyatından keçib. Kafeninin içərisindən çıxan panel və dekorasiyalarda da məhz 26- Bakı sözləri yazılıb. müştərilərə təqdim olunan çeklərdə də obyektin adı 26-lar kimi göstərilib.

 

26 rəqəmi ilk növbədə elə yazıçıların diqqətini çəkməli idi. Çünki vətənpərvərliyin təbliği, milli təssübkeşlik kimi hisslərin cəmiyyətə aşılanması hər şeydən əvvəl bu qələm sahiblərinin mənəvi borcudur. Hələ əxlaqi dəyərləri demirəm. Əgər buna fikir versəydilər həmin kafedə təşkil olunan əyləncələrin, əxlaqsız şouların səs küyü ilk növbədə elə Yazıçılar Birliyini narahat etməli idi.

 

Araşdırmalar zamanı o da məlum oldu ki, bu kafeni işlədənlər eyni zamanda Hollivud adlı restoranın sahibidir ki, ora da əxlaqsızlıq baxımından ad çıxarıb. "XəzərXəbər”in məsələni ictimailəşdirməsi və böyük qınaqdan sonra indi həmin restoran satışa çıxarılıb.

 

Maraqlıdır ki, obyektlərin sahibinin Bakı Dövlət Universitetinin Hüquq fakultəsində çalışan, professor Ərəstun Qasımovun olduğu və onun oğlu Əliyar Qasımovun işlətdiyi bildirilir. Şəhər mərkəzində dəbdəbəli restoranın hansı yolla əldə edilməsi bir yana, professorun sahibi olduğu restoranın əxlaqsız əyləncələr məkanına çevrilməsini nə ilə izah etmək olar.

 

İstər hollivud restoranı, istərsə də 26 kafesinin adı kimi elə fəaliyyəti də kifayət qədər qalmaqallı olub. Bu görüntülər də onu sübut edir.

 

Digər tərəfdən Yazıçılar Birliyinin yerləşdiyi bina tarixi bir binadır və xüsusi qorunmalıdır. Bu şəkildə də onun əvvəlki vəziyyəti ilə hazırki vəziyyətində müqayisəsi zaman buna da riayət olunmadığı aşkar görünür. Qurum hansı ixtiyarla tarixi binanın bu vəziyyətə salınmasına icazə verib. Yeri gəlmişkən ərazini aylıq 8 min manat müqabilində icarəyə verilməsi müqaviləsinin altında da məhz Çingiz Abdullayevin imzası var.

Fəaliyyətinin bütün dövrlərində Azərbaycan dövlətinin diqqət və qayğısı ilə əhatə olunmuş Yazıçılar Birliyini bu binanın bir hissəsini vaxtı ilə Azərbaycan xalqının qırğınına əl qoymuş 26-ların adına uyğunlaşdırılmış kafeyə icarəyə verməyə nə vadar edib? Axı bildiyimiz qədər qurumun maliyyə baxımdan çətinliyi olmamalıdır.

 

Hələ 10 il əvvəl Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında sərəncamını xatırlatmaq yerinə düşər. Hansı ki bu sərəncamda qurumun binasının əsaslı təmiri, onlar üçün Abşeron yarımadasında yaradıcılıq evinin tikilməsi yazıçıların yaradıcılıq fəaliyyətini təmin etmək üçün xüsusi təqaüd fondunun yaradılması kimi məsələlər əksini tapmışdı. Bundan əlavə Yazıçılar Birliyinin üzvləri daim diqqət mərkəzində saxlanılıb, yüksək adlara layiq görülüb, onlar həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif təqaüdlər verilib, dövlət başçısının sərəncamı ilə hətta mənzillə təmin edilib. Bu diqqət və qayğının müqabilində 26 rəqəmi ətrafında söz oynadan yazıçılarımız müharibə şəraitində olan bir dövlətdə vətənpərvərliyin təbliği baxımında hansı əsərləri ortaya qoyub? Görünür icarəyə verdikləri kafedən gələn başqa səslər onların ilham pərisini qovub ki, ortaya samballı bir əsər çıxmayıb.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla