Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     info@media24.az    

Bakıda kriminal qruplaşmalar arasında atışma olub

Media24.az      9 Yanvar 2017, 10:44

Hadisə yerindən “Makarov” tipli tapançaya məxsus gilizlər aşkarlanıb

 


Bakıda silahlı insident olub.


Report-un xəbərinə görə, hadisə ötən gecə Bakının Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən "Nənəmin Təndiri" kimi tanınan iaşə obyektinin yaxınlığında baş verib.


Belə ki, əraziyə toplaşan iki kriminal qruplaşmanın 15-20-yə yaxın üzvünün mübahisəsi zamanı odlu silahlardan istifadə olunub.


İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparan zaman "Makarov" tipli tapançaya məxsus gilizlər aşkar ediblər. Hadisənin iştirakçılarının tutulması istiqamətində axtarışlar davam etdirilir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla