Ana səhifə Astrologiya
22 Fevral 2017
Bakı 6 °
93%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Bürclər - 9 YANVAR

Qoç - informasiyanı müxtəlif mənbələrdə arayın, yazışmanı bərpa edin. Dostla görüşün, qonaq gedin və ya qonaq qəbul edin.
 
Buğa - ailədə etimad hər şeydən üstündür. Qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq. Təmir üçün əlverişli gündür.
 
Əkizlər - hadisələri özbaşına buraxmayın, işlərdə qaydaya nəzarət edin. Təmaslar, gələn informasiya perspektivləri artırmaq və yenilikləri sürətləndirmək potensialına malikdir. İşlərə məsuliyyətli yanaşın, nəticəyə istiqamətlənmiş konkret fəaliyyətə üstünlük verin.
 
Xərçəng - yaranan çətinliklərə təmkinli reaksiya göstərin. Gərgin iş rejimində çalışmağınız istisna deyil. Yaxın ətrafınızdakı insanlardan biri sizə ötən vədini xatırladacaq. Borcları qaytarın, yardım edin.
 
Şir - depressiyadasınız? Narahat olmayın, həyatınızda ciddi dəyişiklik yaşanır. Hadisələrin inkişafını, hissiyatınızı izləyin. Hansı istiqamətin optimal olduğunu qəlbiniz pıçıldayacaq. Kitablarda olduğu kimi, istənilən işdə çoxlu pisdənsə, az yaxşı daha üstündür. Mövqelərinizi möhkəmlətmək üçün konkret addımlar atın. Tələsməyin, hər şeyi ələ keçirməyə can atmayın. Əvvəlcə müəyyənləşin.
 
Qız - şəxsi münasibətlər də çox önəmlidir. İtirilmiş hissləri geri qaytarmaq, baş tutmamış istəyi reabilitasiya etmək niyyəti yarana bilər. Heç bir nəticə verməyən niyyətdən əl çəkmək vaxtı gəlib çatıb.
 
Tərəzi - baş verən hər işdə bir məna var. Yeni əlaqələr yaradın, köhnə təmasları bərpa edin, perspektivlər barədə düşünün. Əvvəllər sizi çox maraqlandırmış suallara cavab tapmaq olar.
 
Əqrəb -  pul yatırmayın, borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər. Lazımsız əşyalardan qurtulun.
 
Oxatan - hadisələrə təsir imkanı çox azdır. Dəyişikliklərin məğzini anlamağa çalışın. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun. Maddi məsələlərdə problem yarana bilər.
 
Oğlaq - işlərdə tam qarışıqlıq olsa da, rasional davranın. Günün ilk yarısında işlərin əksəriyyətini başa vurmağa çalışın. Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız.
 
Dolça -  maliyyə məsələlərində astagəllik hadisələrin inkişafına mane ola bilər. Verilən vədin yerinə yetirilməsinə çalışın. Axşam saatlarında qayğıkeş olun.
 
Balıqlar - ifrat dərəcədə əqli və emosional yük tələb etməyən işlərlə məşğul olun. Münasibətlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanın gözləntisini anlamağa çalışın. Təzyiq və ya izafi aşkarlıq bu insanla təmasların ssenarisini qəflətən poza bilər
 
 
milli.az

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

9 Yanvar 2017, 09:00    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20