Ana səhifə Astrologiya
23 Yanvar 2017
Bakı 2 °
87%
EUR: 1.9483
USD: 1.8311
RUB: 0.0308
TRY: 0.4811
Reklam yeri

Özcan Dəniz Azərbaycandan üzr istədi: "Sizləri sevirəm"

Dünən Azərbaycan mediasında Özcan Dənizin erməni dilində mahnı oxuduğu bir video paylaşılaraq tənqid edilmişdi.

Müğənni bu gün həmin görüntülərlə bağlı açıqlama yayıb:

"Sevgili Azərbaycanlı qardaşlarım, təxminən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı bir konsert silsiləmiz var idi. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnı oxuduq. Bu video layihənin tanıtımı üçün 8 il əvvəl iştirak etdiyim bir proqramdandır. Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan "Kafa Dengi" proqramına da təminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Mən artıq səhnəyə çıxmıram... Sənətin dili, dini, irqi olmaz. Sizə orada hansı media orqanı necə təqdim edir, bilmirəm, amma təhrif etdikləri dəqiqdir. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu qəsdən edilən davranış məni ən az sizin qədər kədərləndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm.

Allah bilir ki, çəkdiyim seriallarda Azərbaycan xalqını alçaldacaq hər cür ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim münasibətim daha fərqlidir. Türk filmini  Azərbaycana ilk gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinə ilk dəfə konsert təşkil edən də mənəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını çəkmək üçün görüşlər keçiririk.

Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaq. Buna zərər vermək istəyənlər sadəcə etdikləri pisliklə qalacaqlar. Sizləri sevirəm və pisniyyətli insanlara deyil, qəlbimə inanın. Allaha əmanət olun".(Axşam)

8 Yanvar 2016, 00:08    Müəllif: Sabina J.    
   Ən çox izlənənlər

İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20