Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Özcan 7 il öncə ermənicə oxudu, Kənan indi söydü

Media24.az      7 Yanvar 2017, 17:29

Azərbaycanlı rejissor Kənan M.M türk müğənnisi Özcan Dənizi təhqir edib.

 

Media24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Kənan M.M İnstaqramda Özcan Dənizin ünvanına bu sözləri yazıb:

 

“Biz hər türk şəhidinə görə çox pis olururq. Millətim, fanat ordusu, Allah xatirinə, artıq oyan! Kimə qucaq açdığına bax! Bəzi bambılı qızlar “Özcan” deyə-deyə qala gecələrində üstünə tullansın. Azərbaycandan filmlərində pul qazan, bizim balalarımızı, qardaşlarımızı, analarımızı şəhid edən şərəfsiz erməni mahnısı oxusun...

 

Sən də belə getdin... Qurban olasan türk dostlarımıza, sənə yüzminlərlə pul verən azərbaycanlı utansın!

 

Bir türk əsla ermənicə mahnı oxuya bilməz, oxuyarsa türk deyil. Sənin və tərəfini tutanların üzünə tüpürüm”.

 

Qeyd edək ki, Türkiyənin tanınmış müğənnisi Özcan Dənizin 2009-cu ildə Kanal 24-ün aparıcısı Sırrı Sürəyyanın verilişində oxuduğu erməni mahnısı ötən gün yenidən gündəmə gəlib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla