Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xalq artisti insult keçirib - Həkimlər aktrisaya qadağa qoyublar

Media24.az      23 Avqust 2017, 21:20

Azərbaycanın xalq artisti, Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisalarından olan Pərvanə Qurbanovanın səhhətində problemlər yaranıb.

 

Media24.Az bildirir ki, xalq artisti pressclub.az-a açıqlamasında bildirib ki, bu il may ayının 18-də yüngül insult keçirib: "2 aydan çoxdur ki müalicə olunuram. İndi özümü yaxşı hiss edirəm. Amma həkimlər tamaşalarda, seriallarda oynamağa, hələ ki, icazə vermirlər. Stressdən, əsəbdən uzaq olmalıyam. Qurban bayramından sonra, yəqin ki, işə çıxacam".

 

Pərvanə Qurbanova deyib ki, seriallarda oynamaq üçün ona dəvətlər gəlir: "Amma, hələ ki, seriallarda oynayıb-oynamamaq qərarını tam verməmişəm. Həkimlərimlə məsləhətləşməliyəm".

 

Qeyd edək ki, 1965-ci il təvəllüdlü xalq artisti "Pərvanələrin rəqsi" serialında oynadığı qayınana obrazı ilə tamaşaçılar tərəfindən sevilib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla