Ana səhifə Astrologiya
18 Yanvar 2017
Bakı 6 °
87%
EUR: 1.8959
USD: 1.7867
RUB: 0.0300
TRY: 0.4754
Reklam yeri

Bakıda biznes mərkəzində QƏTL (YENİLƏNDİ)

Bu gün Bakıda ofisdə baş verən qətl hadisəsi ilə bağlı yeni təfərrüat məlum olub.

 


Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, "İraq Hava Yolları" aviaşirkətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı Nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünə məxsus "Vinçester" markalı ov tüfəngi ilə bədəninin müxtəlif nahiyələrinə 5 atəş açaraq qəsdən öldürüb.


Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. (report)


***
Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.


***
Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.
APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən "İraq Hava Yolları" aviaşirkətinin ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.

7 Yanvar 2016, 17:03    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20