Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Nazir müavini: Regionlarda film nümayişi çox aşağı səviyyədədir – FOTO

Media24.az      23 Avqust 2017, 13:50

Dövlət Mahnı Teatrında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin iştirakı ilə Bakıda və ölkəmizin regionlarında film nümayişi işinin təşkili və inkişaf etdirilməsinə həsr olunmuş müşavirə keçirilib.

 

Media24.Az-ın APA-ya istinadla məlumatına görə, Ədalət Vəliyev ölkəmizdə kino sənayesinin inkişafı istiqamətində atılan addımlardan danışıb.

 

Nazir müavininin sözlərinə görə, son 10 ildə ölkəmizdə 44 tammetrajlı bədii film, ümumilikdə isə 344 film çəkilib: “Bu illər ərzində Azərbaycan filmləri 50-dən artıq ölkədə 200-dən çox beynəlxalq kinofestivalda nümayiş etdirilib, ən yaxşı film, dəfələrlə ən yaxşı aktyor, rejissor, ssenari nominasiyasında qalib olub. Bu gün Azərbaycan kino sənəti beynəlxalq səviyyədə layiqincə təqdim edilir”. 

Görülən işləri yüksək qiymətləndirən nazir müavini bununla belə, regionlarda film nümayişinin çox aşağı səviyyədə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, regionlarda film nümayişi işinin təşkili və inkişaf etdirilməsi üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tərəfindən əmr imzalanıb: “Bundan sonra hər il sentyabrın 15-də ölkəmizdə kino mövsümünün başlanğıcı kimi qeyd olunacaq. Bu tarixdən başlayaraq, regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində, mədəniyyət saraylarında, eyni zamanda, film nümayişi üçün müvafiq imkanları olan digər mədəniyyət müəssisələrində ekran əsərləri nümayiş etdiriləcək. Bununla da Bakıda və regionlarda milli filmlərin nümayişi müntəzəm olaraq həyata keçiriləcək”.

Ədalət Vəliyev qeyd edib ki, regionlarda filmlərin nümayiş etdirilməsi prosesində Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası da yaxından iştirak edəcək. Nazirlik tərəfindən təmin ediləcək filmlər ilk mərhələdə pulsuz nümayiş olunacaq. Gələcəkdə milli filmlərlə yanaşı, xaricdə istehsal olunan ekran əsərlərinin də nümayişi nəzərdə tutulur.

 

Nazir müavini kino mövsümünün açılışına az müddət qaldığını diqqətə çatdıraraq, hazırlıq işlərinin sürətləndirilməsi və qarşıya çıxan çətinliklərin həlli istiqamətində tapşırıq və tövsiyələrini verib.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla