Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ramiz Əzizbəyli Türkiyəyə aparıldı: İki ay vaxtımız var

Media24.az      16 Avqust 2017, 12:24

 Müalicə üçün Türkiyəyə aparılan Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli atasınnı səhhəti ilə bağlı Yenicag.az-a açıqlama verib.

 

Media24.Az xəbər verir ki, X.Əzizbəyli “Bilirsiniz ki, atam iflic xəstəliyindən əziyyət çəkir. Onun əl-ayaq hərəkətlərində problemlər yaranıb. Türkiyəyə aparılmasında da məqsəd elə budur ki, əl-ayağı açılsın; atam hərəkət etsin, normal yerisin”, - deyib.

 

“Anam da yanındadır, mütəmadi əlaqə saxlayırıq. Hələ ki, ciddi irəliləyiş yoxdur. Çünki müalicə kursu tam bitməyib. Atamın müalicə kursu iki ay müddətində başa çatmalıdır. Yalnız iki aydan sonra vəziyyətinin necə olacağı barədə konkret nəsə demək olar. Hər şey Allahın əlindədir”, - deyə o əlavə edib.

 

Xalq artistinin qızı atasının yalnız müalicə kursu keçəcəyini bildirib: “Atam yalnız terapiya olunur. Əməliyyata icazə vermirlər. Həkimlər deyir ki, bu, onun həyatı üçün təhlükəli ola bilər”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla