Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Ölüm xəbəri yayılan aktrisa ilə bağlı - Şok təfərrüatlar

Media24.az      11 Avqust 2017, 11:15

Türkiyədə dünyası dəyişdiyi deyilən gənc aktrisa Mila Əminə hələ də süni nəfəs aparatındadır.

 

Bu barədə yenicag.az-a aktrisanın xalası qızı Rübabə Səfərova açıqlama verib. Onun sözlərinə görə, Mila Əminənin yenidən həyata qayıtması üçün möcüzə gözləyirlər:

 

"İki həftədir ki komada olan xalamqızı dünən səhər kliniki ölüm keçirib. Hazırda süni nəfəs aparatındadır. Həkimlər öldüyünü deyir, amma biz möcüzə gözləyirik ki, bəlkə həyata qayıdar. Onu həkimlər öldürdü. Bir ay əvvəl başağrıları var idi. 1 saylı Şəhər Klinik Xəstəxanasına apardıq. Orada həkimlər belindən su çəkiblər. Lakin onun yanında heç bir yaxını olmayıb. Biz o həkimləri də məhkəməyə verəcəyik. Ayaqları tutulurdu, gözü görmürdü, məcbur qalıb onu Türkiyəyə apardıq. Artıq gec imiş. Son günlərini komada keçirdi. Beyninə çirk yığılmışdı. Həkimlər komada ola-ola onu əməliyyat etdilər ki, çirki təmizləsinlər. Amma yenə də xeyri olmadı”.

 

R.Səfərovanın dediyinə görə, bu gün saat 12:00 radələrində aktrisa süni nəfəs aparatından ayrılacaq:

 

"Saat 12:00-a qədər də gözləyəcəyik, ayılmasa, dəfn edəcəyik. Anası Türkiyədə yaşadığı üçün xalamqızı Türkiyədə dəfn ediləcək”.

 

Xalasıqızı aktrisanın son sözlərini də xatırladıb:

 

"Komaya düşməmişdən əvvəl süni nəfəs aparatına qoşulmuşdu. Aparatı ağzından götürdüm ki, Mila nə istəyirsən? O dedi ki, məni buraxmayın. Dedim, narahat olma, hamımız yanındayıq. Səni tək qoymayacağıq. Ömrü 29 yaşında qırıldı”.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla