Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sabaha olan hava proqnozu açıqlandı

Media24.az      6 Yanvar 2017, 13:10

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Media24.az-a verilən məlumata görə, dekabrın 7-də Bakıda və Abşeron yarpımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman, axşam çiskin. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 8-13° isti, Bakıda gecə 2-4° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək . Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4 °-dək isti, gündüz 9-14°, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 07-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, sonrakı iki gündə meteoroloji amillərin mülayim tərəddüdü əsasən əlverişlidir.

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla