Ana səhifə Astrologiya
22 Fevral 2017
Bakı 5 °
87%
RUB: 0.0297
TRY: 0.4788
EUR: 1.8425
USD: 1.7352
Reklam yeri

Sabaha olan hava proqnozu açıqlanıb

Yanvarın 5-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Media24.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2-5° isti, gündüz 9-14° isti, Bakıda gecə 2-4° isti, gündüz 12-14° isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 45-55% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

 

Xəbərdarlıq

 

2017-ci il yanvarın 6-7-də cənub-qərb küləyinin bəzi rayonlarda arabir güclənəcəyi gözlənilir.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

5 Yanvar 2017, 12:29    Müəllif: Leyla M.    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ Tel: +99451 920 50 20 / +99470 251 50 20