Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Bakıda yol polisindən kobud qayda pozuntusu - FOTOLAR

Media24.az      4 Yanvar 2017, 23:14

Yanvarın 2-də, saat 19:50 radələrində çəkilən bu görüntülərdə 99-YP-351 nömrə nişanlı DYP avtomobilinin kobud qayda pozuntuları etdiyi iddia olunur.

99 YP 351 saylı yol patrul xidməti maşını Yusif Vəzir Çəmənzəminli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən - prospektin Həsən Əliyev küçəsi ilə kəsişməsinə qədər sayrışan işıqları yandırmadan qoşa xətti keçərək əks yolla hərəkət edib. Yol boyu qarşıdan gələn nəqliyyat vasitələri üçün ciddi təhlükə yaradan YP-351  işıqforla nizamlanan yolayrıcında, Azadlıq prospektindən Həsən Əliyev küçəsinə sola dönən sürücülərin də hərəkətinə mane olub. Belə ki, yol polisi maşını düzünə hərəkət edib və kəskin manevr edərək, gül dükanının qarşısında saxlayaraq, dükana düşüb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yəqin ki, qeyd edilən tarixdə kamera görüntülərini araşdıracaq, yol polisinin bu intizamsızlığını cəzasız qoymayacaq.

Qeyd edək ki, bu qayda pozuntusuna görə həmin DYP avtomobilini idarə edən sürücüyə 4 bal, 100 manat cərimə düşür.(Avtosfer)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla