Ana səhifə Astrologiya
29 Aprel 2017
Bakı 16.3 °
67%

“Şərikli çörək” filmi haqda - 50 illik sirr

“Şərikli çörək” filmi Bakıda elə bir kateqoriyada qiymətləndirilib ki, bu nəticədən sonra quruluşçu rejissor Şamil Mahmudbəyov ən azı 10 il bədii film çəkməkdən məhrum olunacaqdı.

Media24.az xəbər verir ki, bu barədə 24.Az-a filmin hazırlıq prosesi dönəmində “Azərbaycanfilm” kinostudiyasında işləyən məsul şəxslərdən biri məlumat verib. Adının açıqlanmasını istəməyən şəxs bildirib ki, SSRİ dönəmində çəkilən bədii filmlər 5 kateqoriyada qiymətləndirilirmiş; “4-cü”, “3-cü”, “2-ci”, “1-ci” və “Əla” kateqoriyalar. Senzuradan “Əla” kateqoriyasında keçmiş filmin rejissoru əlahiddə məziyyətlər qazanır, istədiyi mövzunu seçə, istədiyi ssenarini yaza və filmin çəkiliş prosesini düşündüyü istiqamətdə apara bilərdi.

Qiymətləndirmə kateqoriyası aşağı düşdükcə həmin filmin rejissorunun məziyyətləri də azaldılırmış. Əgər bir rejissorun çəkdiyi kino “4-cü” kateqoriyaya aid olunurdusa, artıq həmin filmin rejissoruna təxminən 10 il bədii film çəkmək həvalə olunmur, digər qısametrajlı və sənədli materiallarla nüfuzunu bərpa etmədikcə bədii film çəkilişlərinə təyinat ala bilmirmiş.

1969-cu ildə çəkilmiş “Şərikli çörək” filmi də ilkin baxışdan sonra Azərbaycanda “4-cü” kateqoriyada qiymətləndirilmiş və uğursuz film müəllifi kimi quruluşçu rejissor Şamil Mahmudbəyov böyük risk qarşısında qalıbmış. Lakin film Moskva senzurasından “Əla” kateqoriya qazanır, Azərbaycanda aldığı qiymət ləğv edilir, film geniş tamaşaçı kütləsinə təqdim olunur.

Filmin nümayişindən sonra da Moskva qiymətləndirilməsi təsdiqini tapır, “Şərikli çörək” təkcə 70-ci illərin deyil, bu günə qədər ən yaxşı Sovet filmlərindən sayılır.

Bu gün “Şərikli çörək” İkinci Dünya müharibəsi dönəminin ən yaxşı şəhər filmi kimi qiymətləndirilir.

Qeyd edək ki, bu məlumat kinostudiyada baş verdiyindən kənara çıxarılmayıb, indiyədək film haqqında danışılan xatirələrin heç birində yer almayıb.

Media24.az saytı ilə əlaqə üçün E-mail: info@media24.az

30 Dekabr 2017, 16:56    Müəllif: Leyla.M    
   Ən çox izlənənlər

Xəbər xətti
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
BİZİMLƏ ƏLAQƏ info@media24.az